12 sentyabr 2014 14:05
"Azərbaycandan daha yaxşı oyun gözləyirdim"
Futbol üzrə Malta yığmasının baş məşqçisi Pyetro Qedin Azərbaycan millisinin AÇ-2016-nın seçmə mərhələsindəki Bolqarıstan matçı ilə bağlı fkirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, italiyalı mütəxəssis komandamızın ilk oyundakı məğlubiyyətinin (1:2) gözlnilməz olduğunu deyib:
"Açığı, Azərbaycandan daha yaxşı oyun gözləyirdim. Onların ilk oyunda nəsə edəcəklərinə ümid edirdim. Lakin Bolqarıstan meydandan qalib ayrıldı. Amma İtaliyanın qalib gəlməsinə təəccüblənmədim. Çünki Norveç zəif oynadı".
Qeyd edək ki, H qrupunda yer alan millimizin rəqibi Malta, İtaliya, Norveç, Bolqarıstan və Xorvatiyadı.
