12 sentyabr 2014 13:45

Yaşar Seyidov: Bakı növbəti oyuna çıxacaq

"Bakı" klubunun vitse-prezidenti Yaşar Seyidov azərisport.az saytına açıqlamasında komandada maddi problemlərin hələ də həll olunmadığını bildirib. Seyidov həmçinin klubun bazasında olan 6 stadionun ot örtüyünün qorunmasının vacib olduğunun deyib:

"Bakı" klubunun müasir bazasında 6 təbii örtüklü stadion var. Onların ot örtüyü qorunmalıdı. Bu baza təkcə klub üçün deyil, Azərbaycan futbolu və yığması üçün hazırlanıb. Fikrimcə, belə davam edərsə, stadionun qorunması üçün müvafiq qurumlara müraciət etməli olacam. AFFA, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsindən dəstək istəməyə çalışacam. Bu stadionlar millimiz üçün çox lazımdı. Unutmaq olmaz ki, qarşıdan Bakıda 16 yaşlılar arasında Avropa çempionatı keçiriləcək. 2020-ci ildə paytaxtımız Avropa çempionatının final mərhələsinin oyunlarını keçirmək iddiasındadı. Bu yarışlarda bizim stadionlarımız məşq meydançası kimi istifadə oluna bilər. Bir stadionun aylıq qulluğu 7 min manata başa gəlir. Üstəlik bunun kommunal xidmətləri var. Fikrimcə, kompleksdəki stadionları qorumaq üçün bizə kömək edəcəklər".

Yaşar Seyidov futbolçuların sentyabrın 10-da məşq etməkdən imtina etmələrinə də münasibət bildirdi: "Biz bütün problemləri həll etməyə çalışırıq. Ona görə hər şeyi nəzarətdə saxlayırıq. Klub məşqləri davam etdirir. Növbəti oyunda iştirak edəcəyik.  Futbolçular da məsuliyyəti anlayır".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.