12 sentyabr 2014 13:25

Rauf Əliyev: Kiminlə oynayacağıma mən qərar vermirəm

Futbol üzrə Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi

- AÇ-2016-nın seçmə mərhələsinə məğlubiyyətlə başladınız. Bolqarlarla oyun haqda nə deyə bilərsiz?
- Gözlənilməz məğlubiyyət oldu. Ən azından heç-heçə oynamalı olduğumuz oyun idi.

- Bəs məğlubiyyətə nə səbəb oldu?
- Həmişəki kimi standart vəziyyətdən qol buraxdıq. Bu, bizim ən zəif yerimizdi.

- Amma Dmitri Nazarovun cavab qolundan sonra komandamız istənilən səviyyədə hücumlar da təşkil etmədi...
- Bu elə deyil. Sadəcə, çətinliklər vardı. Rəqib müdafiədə çox yaxşı oynadı. Onların müdafiə xəttində boşluq tapmaq çox çətin idi.

- Ola bilər ki, bizim yaxşı pleymeykerimizin olmaması sözünü dedi?
- Bizə pleymeyker çox lazım idi. Onsuz oynamaq mümkün deyil.

- Belə oyundan sonra komandamız nəyə ümid edə bilər?
- İndi heç nə demək olmaz. Allah eləsin ki, hər şey yaxşı olsun.

- Rüfət Dadaşovla hücum duetiniz uğursuz oldu...
- Kiminlə oynayacağıma mən qərar vermirəm. Bu, baş məşqçinin seçimi idi.

- Reynaldo ilə yanaşı oynamağınız mümkündü...
- Reynaldo ilə birgə oynamamışam. Amma onu milliləşdirsələr, yığmamız üçün yaxşı olardı.

- "Xəzər Lənkəran"ın "Neftçi" ilə görüşündən nə gözləyirsiz?
- Hazırlaşırıq. Ancaq qələbə haqda düşünürük.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.