11 sentyabr 2014 12:50
Neftçi Elnur Allahverdiyevlə müqavilə imzaladı
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyevin "Neftçi"yə keçidi rəsmiləşib. Azerisport.az xəbər verir ki, tərəflər arasında iki illik müqavilə imzalanıb.
Təcrübəli müdafiəçi yeni klubunda 14 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Allahverdiyev narazılıqla ayrıldığı "Qəbələ"dən paytaxt klubuna azad agent statusu ilə keçib.
