Avstriyada Qarabağ adlı klub
Futbol üzrə Avstriya çempionatında "Qarabağ" adlı komanda oynayacaq. Azerisport.az xəbər verir ki, bu ölkənin "WS Ottakrinq" klubu adını dəyişməyə hazırlaşır.
Buna səbəb Vyana Oberliqasında çıxış edən sözügedən komandaya Azərbaycandan sponsor tapılmasıdı. Komandanın baş məşqçisi ispaniyalı mütəxəssisdi. "WS Ottakrinq" klubunun yeni sponsorla hədəfi yaxın illərdə Avstriya Bundesliqasına yüksəlmək olacaq.
Maraq üçün qeyd edək ki, Vyana Oberliqasında "Beşiktaş" adında da komanda var. Bu da sözügedən ölkədə türklərin çox olmasından irəli gəlir.
"WS Ottakrinq"in mətbuat xidmətinin rəhbəri Muhammed Usta klubun adının dəyişdirilib "Qarabağ" qoyulacağı barədə xəbərləri təkzib etməsə də, təsdiq də etməyib: "Mən hələ bu barədə heç bir informasiya verə bilmərəm".
