11 sentyabr 2014 12:10
Yığmamızın rəqibi qrupdan çıxsa, 1,5 milyon qazanacaq
AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan Bolqarıstan yığması qrupdan çıxacağı halda komanda üzvləri 1,5 milyon avro mükafat əldə edəcək. Azerisport.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Bolqarıstan Futbol İttifaqının prezidenti Borislav Mixaylov bu haqda xəbəri tam təsdiqləməyib. O, bəyan edib ki, oyunçularla belə bir razılığa gəlməyiblər. Amma bu məbləğ komanda üzvlərinin alacağı ən yüksək məbləğ hesab olunur.
