11 sentyabr 2014 11:35
Aqolli Portuqaliya üzərində qələbədən danışdı
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli futbol üzrə Albaniya yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində səfərdə Portuqaliya üzərindəki qələbəsindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hamımız bu qələbəyə görə çox şadıq. İnanılmaz hisslərdi. Belə bir komanda üzərində qələbə qazanmaq asan deyil. Amma bu, bizə nəsib oldu".
