11 sentyabr 2014 11:15
Bolqarlar Bakı zəfərinə görə mükafatın məbləğini açıqlamaq istəmədilər
Bolqarıstan Futbol İttifaqının prezidenti Borislav Mixaylov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan üzərində qazandıqları qələbəyə görə futbolçulara nə qədər mükafat veriləcəyini açıqlamaq istəməyib. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Oyunçular bilirlər ki, mükafat olacaq. Onlarla bu barədə heç bir söhbətimiz olmayıb. Amma biz komanda üzvlərini yaxşı oyun və nəticəyə görə həmişə mükafatlandırmışıq".
