11 sentyabr 2014 11:05
Qarabağ - Sent-Etyen görüşünə biletlər şənbə günü satışa çıxarılır
Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ" - "Sent-Etyen" görüşü üçün sifariş edilən biletlər artıq hazırdı. Azerisport.az xəbər verir ki, biletlər sentyabrın 13-də satışa çıxarılacaq.
"Qarabağ" klubundan verilən məlumata görə? qiymətlərdə dəyişiklik edilməyib. Biletlərin qiyməti 1-5 manat arasında olacaq. VİP biletlər hər zaman olduğu kimi fərqli qiymətdədi.
