11 sentyabr 2014 18:00
3 oyunun keçirilmə vaxtı müəyyənləşdi
Topaz Premyer Liqasının 1-ci turundan təxirə salınmış “Bakı” – “Simurq”, həmçinin 3-cü turdan təxirə salınmış “Araz Naxçıvan” – “Qarabağ”, AZAL – “Neftçi” oyunlarının keçirilmə tarixi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər yayıb.
Xəbərdə bildirilir ki, “Bakı” – “Simurq” oyunu 2 oktyabr, digər iki oyun isə 24 fevral 2015-ci il tarixində reallaşacaq.
