11 sentyabr 2014 13:55

Qəbələ ən çox qol vurduğu rəqibə qarşı

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra “Qəbələ” ilk oyununu səfərdə keçirəcək. Azerisport.az xəbər verir ki, Dorinel Muntyanunun yetirmələri Topaz Premyer Liqasının 5-ci turunda “Simurq”un qonağı olacaq.

Zaqatala təmsilçisi “Qəbələ”nin tarixi ərzində ən çox qol vurduğu komandadı. Belə ki, “qırmızı-qaralar” bu rəqiblə oyunlarda 28 top vurub. Komanda heç bir başqa komandaya bu qədər qol vura bilməyib. Bu həftə baş tutacaq görüşdə “Qəbələ” ən azı 2 qol vursa, ikinci top bu duellərdə yubiley xarakteri daşıyıb, 30-cu olacaq.

Görüşdə vurulacaq ilk top isə “Qəbələ” – “Simurq” duellərində 50-ci top kimi tarixə düşəcək. Çünki arxada qalan matçlarda “qırmızı-qaralar” 28, rəqibi 21 dəfə fərqlənib. Səfərdə oynayacaq komandanın 28 topundan biri zaqatalalıların avtoqoludusa, digər 27 topa 24 oyunçu imza atıb. Yalnız üç futbolçu - Deon Barton, Daniel Subotiç və Kristian Torres hərəyə 2 dəfə fərqlənib. Sonuncu iki matçda, digərləri isə bir oyunda qollarını “Simurq”un qapısından keçirib.

Vurulan 49 qol rəqiblərin 26 qarşılaşmasında qeydə alınıb. İlk dəfə 2006-cı ildə I dəstədə üz-üzə gələn komandalar aşağı divizionda iki, Azərbaycan kubokunda 2, Premyer Liqada 22 dəfə görüşüb. Top fərqində olduğu kimi qələbə sayında da üstünlük “Qəbələ”dədir. “Qırmızı-qaralar” 11 dəfə qalib gəlibsə, 7 heç-heçə edib və 8 dəfə uduzub. “Simurq” son 4 qarşılaşmada qələbəyə həsrət qalıb. Zaqataladakı son iki duel isə qolsuz bərabərliklə nəticələnib.

2005/06. Birinci dəstə
05.10.2005. Göy-Göl (Xanlar) - Simurq (Zaqatala) - 2:0
Oleq Osadçi, 56, Rövşən Əhmədov, 58
2005/06. Birinci dəstə
01.03.2006. Simurq (Zaqatala) - Gilan (Xanlar) - 1:3
Ramin Nəsibov, 56-p. - Rövşən Vəliyev, 45+1, Rəşad Yusubov, 72-p., Əli Abışov, 76
2006/07. Premyer Liqa
23.10.2006. Gilan (Qəbələ) - Simurq (Zaqatala) - 1:2
Rəhman Əzizov, 65 - Elnur Məmmədov, 2, Ramin Nəsibov, 75
2006/07. Premyer Liqa.
07.04.2007. Simurq (Zaqatala) - Gilan (Qəbələ) - 3:1
Ramin Nəsibov, 50, 59, Aqşin Ömərov, 52 - Vitali Balamestnı, 28 
2007/08. Premyer Liqa.
15.09.2007. Simurq (Zaqatala) - Qəbələ - 2:0
Ramil Sayadov, 21, Andrey Danayev, 67
2007/08. Azərbaycan kuboku, 1/8 final
24.10.2007. Qəbələ - Simurq (Zaqatala) - 1:0
Abdulkader Öz, 9
2007/08. Azərbaycan kuboku, 1/8 final
31.10.2007. Simurq (Zaqatala) - Qəbələ - 2:1
Samir Musayev, 79, Aleksandr Malıgin, 90+4 - Abdulkader Kamara, 76,
2007/08. Premyer Liqa.
27.04.2008. Qəbələ - Simurq (Zaqatala) - 1:0
Şəhruz Mustafayev, 63
2008/09. Premyer Liqa.
23.11.2008. Qəbələ - Simurq (Zaqatala) - 0:0
2008/09. Premyer Liqa.
11.05.2009. Simurq (Zaqatala) - Qəbələ - 1:0
Vladimir Mazyar, 84
2009/10. Premyer Liqa.
16.08.2009. Qəbələ - Simurq (Zaqatala) - 2:1
Kənan Kərimov, 11; İqor Melnik, 23 - Sergey Artyux, 34
2009/10. Premyer Liqa.
28.11.2009. Simurq (Zaqatala) - Qəbələ - 1:1
Elşən Məmmədov, 47 - Aleksandr Malıgin, 86 (ö.q.)
2010/11. Premyer Liqa.
01.10.2010. Simurq (Zaqatala) - Qəbələ - 0:2
Saşa Yunisoğlu, 14; Terri Kuk, 85
2010/11. Premyer Liqa.
27.11.2010. Qəbələ - Simurq (Zaqatala) - 4:0
Deon Barton, 30 (p.); 61 (p.); Kristian Torres, 55; Arif İsayev, 90
2010/11. Premyer Liqa.
17.04.2011. Qəbələ - Simurq (Zaqatala) - 3:0
Milan Antiç, 34; Lyuba Baranin, 55; Kristian Torres, 88
2010/11. Premyer Liqa.
30.04.2011. Simurq (Zaqatala) - Qəbələ - 0:0
2011/12. Premyer Liqa.
29.10.2011. Qəbələ - Simurq (Zaqatala) - 0:2
Yevgeni Şmakov, 40; Robertas Poşkus, 59
2011/12. Premyer Liqa.
16.02.2012. Simurq (Zaqatal) - Qəbələ - 0:1
Viktor Mendi , 81
2012/13. Premyer Liqa.
04.08.2012. Simurq (Zaqatala) - Qəbələ - 1:1
İlkin Qırtımov, 66 – Dejan Kelhar, 15
2012/13. Premyer Liqa.
16.12.2012. Qəbələ - Simurq (Zaqatala) - 0:1
Mario Bojiç, 77
2012/13. Premyer Liqa.
05.04.2013. Qəbələ - Simurq (Zaqatala) - 1:1
Rodriges Assis, 54 - Tomislav Buşiç, 90
2012/13. Premyer Liqa.
03.05.2013. Simurq (Zaqatala) - Qəbələ - 2:0
Nicat Qurbanov. 54; 68
2013/14. Premyer Liqa.
29.09.2013. Simurq (Zaqatala) - Qəbələ - 0:0
2013/14. Premyer Liqa.
08.12.2013. Qəbələ - Simurq (Zaqatala) - 2:1
Daniel Subotiç, 52; 90+3 - Amit Quluzadə, 65 (öz qapısına)
2013/14. Premyer Liqa.
28.02.2014. Simurq (Zaqatala) - Qəbələ - 0:0
2013/14. Premyer Liqa.
27.04.2014. Qəbələ - Simurq (Zaqatala) - 1:0
Luis Paulo Hilario, 57

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.