11 sentyabr 2014 13:10
Bakının futbolçuları məşqə çıxmaq istəmir
"Bakı"nın futbolçuları məşqə çıxmaqdan imtina edirlər. Bunu azerisport.az saytına açıqlamasında klubun baş məşqçisi İbrahim Uzunca da təsdiqləyib:
"Ötən gün futbolçular məşqə çıxmaqdan imtina etdi. Səbəb kimi, son ayların məvacibinin verilməməsidi. Hadisələrin sonrakı nəticəsi mənə məlum deyil. Bu gün və sabah məşqlərimiz var. Amma məşqlərin olub-olmayacağı mənə məlum deyil. Futbolçular qərarlarında israrlıdı. Ümid edirəm, bu gün məşqimiz baş tutacaq."
Qeyd edək ki, 5-ci turda "Bakı" "Sumqayıt"ı qəbul edəcək.
