10 sentyabr 2014 00:25
Rəşad Sadıqov: Oyun heç-heçə bitsəydi, daha ədalətli olardı
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, Bakıdakı 1:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Biz oyuna görə uduzmalı deyildik. Heç-heçə daha ədalətli nəticə olardı. Artıq bu oyunu unudub, qarşıdakı səfər oyunlarında xal toplamağa çalışmalıyıq".
