10 sentyabr 2014 00:15
Qara Qarayev: Bolqarlardan zəif deyildik
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Qara Qarayev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, Bakıdakı 1:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Biz Bolqarıstandan zəif deyildik. Bərabər səviyyəli mübarizə getdi. Meydança bərbad vəziyyətdə idi. Bizim haradasa bəxtimiz gətirmədi".
