10 sentyabr 2014 00:05
Vaqif Cavadov: Heç-heçə daha ədalətli nəticə olardı
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, Bakıdakı 1:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Yaxşı oynadıq. Seçmə mərhələnin ilk oyunu üçün pis təsir bağışlamadıq. Amma hesab oyuna görə olmadı. Heç-heçə daha ədalətli nəticə olardı".
