10 sentyabr 2014 12:52
Elnur Allahverdiyev Neftçiyə keçir
"Qəbələ" klubundan ayrılan Elnur Allahverdiyev hazırda "Neftçi" ilə danışıqlar aparır. Azerisport.az xəbər verir ki, danışıqlar müsbət yekunlaşmaq üzrədi.
Yaxın günlərdə Allahverdiyevlə 1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Allahverdiyev "Qəbələ"dən azad agent statusuyla ayrıldığı üçün istənilən kluba transfer oluna bilər.
