10 sentyabr 2014 13:03
Dyakov: Azərbaycanda belə qazonlarda necə oynayırlar, bilmirəm
Futbol üzrə Bolqarıstan yığmasının futbolçusu Svetoslav Dyakov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, Bakıdakı 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Çox çətin qələbə olsa da, vacib nəticədi. Bu qələbəyə təəccüblənmək lazım olduğunu düşünmürəm. İlk qoldan sonra növbəti dəfə fərqlənməyə borclu idik. Meydança bərbad vəziyyətdə idi. Azərbaycanda belə stadionlarda necə oynayırlar, bilmirəm. Digər komandaların burada xal itirəcəyini düşünürəm. Kişi kimi mübarizə aparmaq çox vacibdi".
