10 sentyabr 2014 12:18
"Ümid edirəm, Azərbaycan yığması digər rəqiblərimizdən xal alacaq"
Futbol üzrə Bolqarıstan yığmasının futbolçusu Georgi Milanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, Bakıdakı 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Bakıdakı qazonun vəziyyəti ürəkaçan deyildi. Amma komandamızın hər bir üzvü bu çətinliyə baxmayaraq, meydanda var gücünü qoydu. Hamımız ölkəmiz naminə oynadıq. Seçmə mərhələyə qələbə ilə başlamaq bizim üçün vacib idi. Bu qələbədən sonra komandada özünəinam da artırmışdı. Ümid edirəm ki, Azərbaycan yığması digər rəqiblərimizdən xal alacaq".
