10 sentyabr 2014 12:07
Mixaylov: Əminəm ki, bizim qrupdakı digər yığmalar Bakıda xal itirəcəklər
Bolqarıstan Futbol Federasiyasının prezidenti Borislav Mixaylov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Razı qaldım. Çətin qələbədi. Zədəlilərimiz olsa da, uğur qazana bildik. Matç heç-heçə də başa çata bilərdi. Amma üç xalı qazanan tərəf məhz biz olduq. Hava isti idi, tribunalar çox fəal idi. Əminəm ki, bizim qrupdakı digər yığmalar Bakıda xal itirəcəklər".
