10 sentyabr 2014 11:45

Rəşad Sadıqov: Bizə ən çox təsir edən bu idi

Futbol üzrə Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstanla oyundan sonra azerisport.az saytının suallarına cavab verib.

- Millimiz növbəti dəfə seçmə mərhələyə məğlubiyyətlə başladı. Səbəb nədədi?
- İlk hissəyə yaxşı başlamışdıq. Bir neçə təhlükəli vəziyyət də yaratdıq. Sadəcə, sonradan oyuna nəzarət itirildi. Müəyyən səhvlər nəticəyə təsir etdi. Fikrimcə, futbolçular da çalışırdı yaxşı oynasın. Seçmə mərhələyə məğlubiyyətlə başlamaq çox pis oldu. Biz uduzmaq istəmirdik.

- Hesab 1:1 olandan sonra sanki komanda bununla qane oldu və nəticəni qorumağa başladı....
- Rəqib hücum edərkən biz müdafiə olunurduq. Hesab bərabər olarkən ikinci hissədə təhlükəli vəziyyətlərimiz var idi. Sonda buraxdığımız səhv məğlubiyyətlə nəticələndi. Biz bərabərliyi qorumaq barədə düşünmürdük, istəyirdik qələbə qazanaq. Azərbaycan millisi çox istəyirdi ki, qalib gəlsin.

- Milli üzvlərinin oyunu barədə nə deyə bilərsən?
- Meydanda olan futbolçular uğur qazanmağa çalışırdı. Məğlubiyyət varsa, deməli hamımız o qədər yaxşı oynamadıq. Azarkeşləri məyus etdiyimiz üçün çox pis olduq. Stadiona gələn azarkeşlər millidən uğur gözləyirdi. Onları məyus etmək istəmirdik. Ən çox bu hal bizə təsir etdi.

- Baş məşqçi Berti Foqts oyundan sonra dedi ki, komanda 70-ci dəqiqədən sonra meydanda mübarizə apara bilmədi. Fiziki hazırlıqda problem olmasıyla razısan?
- Şərh vermək istəmirəm. Baş məşqçi deyibsə, bizim nəsə deməyimiz düzgün olmaz. Sadəcə, meydanda olan hər bir futbolçu çalışırdı yaxşı çıxış etsin. Bolqarıstandan heç olmasa 1 xal almaq istəyirdik. İndi seçmə mərhələyə xalsız başlayırıq, bu bizi düşündürməlidi.

- Bu oyunla AÇ-2016-nın seçmə mərhələsində hansı nəticəyə ümid etmək olar?
- Seçmə mərhələ indi başlayır. Bu il daha yaxşı nəticə göstərmək üçün ev oyunlarında xal toplamaq vacibdi. Buna görə Bolqarıstanla oyunda qələbə istəyirdik. Onda növbəti oyunlarda daha rahat olardı. İndi digər oyunlarda xal toplamağa çalışacağıq.

- Bolqarıstan da qrupda 3-cü yerə oynayır....
- Bunu bilirdik, ona görə evdə xal qazanmalıydıq. Bu uğursuzluqdan sonra səfər oyunlarəında tam fərqli oynamağa məcburuq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.