10 sentyabr 2014 19:15
Elnur Abdullayev: Neftçi ilə oyunda hamı yeni Xəzər Lənkəranı görəcək
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elnur Abdullayev Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində qarşılaşacaqları "Neftçi" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Güclü heyətimiz var. Sadəcə, ilk turlarda bizim oyun planında bəxtimiz gətirmədi. Ümid edirəm ki, "İnter" üzərində qələbə ilə hər şeyi geridə qoymuş olduq. Komandada özünəinam artıb. Bu, bizim üçün çox vacibdi. "Neftçi" ilə oyunlarımız həmişə maraqlı və prinsipial olub. Qarşıdakı oyun da istisna olmayacaq. Bu görüşdə hamı yeni "Xəzər Lənkəran"ı görəcək. Qarşılaşma Bakıda keçirilsə də, biz ancaq qələbə üçün oynayacağıq".
