10 sentyabr 2014 16:45

Əlyar Ağayevdən İsveçrə - Latviya matçında 2 penalti, 1 qırmızı

21 yaşadək futbolçular arasında AÇ-2015-in seçmə mərhələsinin son turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, 5-ci qrupda yer alan İsveçrə və Latviya komandaları arasında baş tutan qarşılaşmanı azərbaycanlı hakimlər idarə ediblər.

Qarşılaşmanın baş hakimi Əliyar Ağayev olub. Onun sözügedən qarşılaşmadakı köməkçiləri Mehman Mahmudov və Zeynal Zeynalov olub. 4-cü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.

Meydan sahiblərinin 7:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada Ağayev qonaqların qapısına iki dəfə penalti təyin edib. Bundan başqa Ağayev Yevgeņi Kazaçoka 63-cü dəqiqədə xəbərdarlıq etsə də, Latviya millisinin 8 nömrəli fubtolçusu buna məhəl qoymayıb. Ağayev ikinci hissəyə artırılmış dəqiqədə bu futbolçuya ikinci sarı vərəqəni göstərərək, meydandan qovub.

Ağayev bütövlükdə meydan sahiblərinin 4, qonaqların 3 futbolçusuna sarı vərəqə göstərib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.