10 sentyabr 2014 16:00
Xristov: Belə meydanda bütün bacarığımızı nümayiş etdirmək mümkün deyildi
Futbol üzrə Bolqarıstan yığmasının futbolçusu Vençislav Xristov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, Bakıdakı 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Belə meydanda bacardığımız hər şeyi göstərə bilməzdik. Amma əsas odu ki, qələbə qzandıq. Ümid edirəm ki, sonrakı oyunlarda da qrupdan çıxmağa iddialı olduğumuzu göstərə biləcəyik. Bu qələbəni iki ay öncə dünyaya göz açmış oğluma həsr edirəm".
