10 sentyabr 2014 15:40
Berti Foqts: Niyə ancaq legioner futbolçular tənqid edilir, yerlilər yox?
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Rüfət Dadaşovu əvəz etməməsinin səbəbini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduğumuz oyundan sonra bunları söyləyib:
"Rüfət ona görə 90 dəqiqə meydanda qaldı ki, biz ikinci qolu vurmaq istəyirdik. UEFA-da "Respect" (hörmət) devizi var, gəlin Rüfətə də, digər oyunçulara da hörmətlə yanaşaq. O, vacib qollar vuranda yaxşı oyunçu idi, indi qol vurmursa, pisdi? Bu, düzgün deyil. Maraqlıdı, niyə ancaq legioner futbolçular tənqid olunur, yerlilərə isə toxunulmur? Gəlin bütün futbolçulara hörmətlə yanaşaq".
