10 sentyabr 2014 15:30
Azərbaycan FİFA reytinqində 20 pillə geri düşəcək
Futbol üzrə Azərbaycan yığması FİFA reytinqində geriləyəcək. Azerisport.az xəbər verir ki, komandamızın təxminən 20 pillə geriləməsi gözlənilir.
Ardıcıl olaraq Rusiyaya 0:4, Bolqarıstana 1:2 hesablarıyla uduzmuş millimizin 73-cü pillədəki mövqeyini itirməsi qaçılmaz olacaq. Yığmamızın xal ehtiyatından da 69 xal silinəcək.
Qeyd edək ki, hazırda Azərbaycan yığması 73-cü pilədədi. Yeni açılacaq reytinq siyahısında isə millimiz 93-95-ci pillələrdə yer alacaq və 344 xala malik olacaq.
