10 sentyabr 2014 15:05
Azərbaycan İngiltərəyə 3:1 hesabıyla üstün olduğu oyunda məğlub oldu
Çimərlik futbolu üzrə Azərbaycan yığması dünya çempionatının ikinci seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxıb. Azerisprot.az xəbər verir ki, bu mərhələdəki start matçında komandamız İngiltərə ilə qarşılaşıb.
Oyun rəqib komandanın 5:4 hesablı qələbəsiylə başa çatıb. Halbuki, yığmamız bu oyunda 3:1 hesabıyla önə keçməyi də bacarmışdı.
İngiltərə - Azərbaycan - 5:4 (1:0, 0:1, 3:3, 1:0)
Qollar: Sabir Allahquliyev, 23 (1:1), 25 (1:2), 32 (2:4), Amid Nəzərov, 27 (1:3).
Qeyd edək ki, yığmamızın bu qrupdakı digər rəqibləri İsveçrə və Macarıstandı.
