10 sentyabr 2014 14:55
Nikolay Bodurov: Bakıdakı stadionun qazonu bizə mane olurdu
Futbol üzrə Bolqarıstan yığmasının futbolçusu Nikolay Bodurov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, Bakıdakı 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Qazonun pis vəziyyətdə olması oyunumuza mane olurdu. Amma şadam ki, hər şeyə rəğmən, qalib gələ bildik. Bu qələbəni komandamızın kapitanına və oyunu buraxmalı olan digər futbolçularımıza həsr edirəm".
