10 sentyabr 2014 13:36
"Kim dedi ki, Azərbaycan millisində oynamaq istəmirəm?"
Rusiyanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının aparıcı üzvlərindən olan Ramil Şeydayev Azərbaycan millisində oynamağın əleyhinə deyil. Bu barədə futbolçunun özü azerisport.az saytına açıqlamasında məlumat verib:
"Azərbaycandan mənə dəvət gəlməyib. Rusiya yığmasında isə mənim xidmətimdə daha çox maraqlıdılar. Rusiyada mənə böyük ümidlər bəsləyirlər. Kim dedi ki, mən Azərbaycan yığmasında oynamaq istəmirəm? Qoy dəvət etsinlər, onda düşünərəm. Mən öz vətənimin komandasında oynamaq istərəm. Amma məni Azərbaycana heç kim dəvət etməyib".
