10 sentyabr 2014 01:45
İtaliya və Xorvatiyadan qələbə
Futbol üzrə AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı H qrupu çərçivəsində ötən gecə daha iki görüş baş tutub.
Millimizin Bakıda Bolqarıstana 1:2 hesabıyla uduzduğu gecədə Xorvatiya Malta, İtaliya isə Norveçlə qarşılaşıb.
Xorvatlar doğma meydanda 2 cavabsız qolla qalib gəliblər. Elə Norveçlə səfərdə üz-üzə gələn italyanlar da eyni hesabla qələbə qazanan tərəf olublar.
AÇ-2016-nın seçmə mərhələsi
H qrupu
9 sentyabr
Xorvatiya - Malta - 2:0
Qollar: Modriç, 46, Kramariç, 81.
Norveç - İtaliya - 0:2
Qollar: Zaza, 16, Bonuççi, 62.
