10 sentyabr 2014 13:25

Elnur Allahverdiyev: Bu sözlərimə görə milli üzvləri məndən inciyə bilər

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyevin azerisport.az saytına müsahibəsi

- Yığmamızın AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana məğlubiyyətini necə qarşıladız?
- Yığmamızdan daha çox şey gözləyirdim. Biz öz meydanımızda belə oynamırıq. Çox istəyirdim ki, komandamız qələbə qazansın. Amma nəticə üzücü oldu. Nəsə çatmadı. Yığmamızın bəzi üzvləri bu sözümə görə məndən inciyə bilər. Amma mən həmişəki ev oyunlarında olan istəyi görmədim.

- Bu oyunda meydanda olmağı arzuladığınız vaxt oldu?
- Mənə elə gəlir ki, meydanda olmağım komandamıza daha çox enerji qazandırardı. Neçə ildi birgə oynayırıq. Ona görə meydanda olmağı çox arzulayırdım. Mən meydanda olsaydım, qələbə qazanardıq kimi bir iddia irəli sürə bilmərəm. Amma ən azından daha yaxşı oynayardıq. Bu, mənim fikrimdi.

- Oyundan sonra Berti Foqts da sizin yoxluğunuzu önə çəkdi...
- Sağ olsun ki, mənim komandada vacibliyimdən danışıb. O, bunu deməyə də bilərdi. Foqtsun bu sözləri mənim əvvəlki formamı bərpa etməyimə çox kömək edəcək, istəyimi artıracaq.

- Amma sizi yığmaya dəvət etməmişdi?
- Neçə oyundu meydana çıxmıram, oyun təcrübəm yoxdu. Bu üzdən yığmaya çağırılmağımın mənası yox idi. Almaniyalı kimlər hazır idi, onlara dəvət göndərmişdi. Amma bu oyunu görəndən sonra düşünürəm ki, hətta indiki halımla da komandaya daha çox kömək edərdim. Bu, elə bir oyun idi ki, hər bir futbolçu meydanda bütün gücünü qoymalı idi.

- "Neftçi"yə keçidiniz nə vaxt rəsmiləşəcək?
- Mümkündü ki, elə bu gün. Tezliklə klubun bazasına gedəcəm, rəhbərliklə görüşəcəm. Ümid edirəm ki, yaxın gələcəkdə əvvəlki formamı bərpa edə biləcəm və İtaliyaya, Xorvatiyaya qarşı oyunlarda iştirak hüququ qazanacam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.