10 sentyabr 2014 13:14
Kazbek Tuayev: Yığmamız normal təsir bağışladı
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Bolqarıstan matçından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandamızın sonadək mübarizə aparması üçün psixoloji gücü çatmadı. İdman hirsliliyi də yox idi. Halbuki, ən azı heç-heçəyə nail ola bilərdilər. Həmişəki kimi, standart vəziyyətdən qol buraxdıq. Rüfət Dadaşovun oyunu üzücü idi. Rauf Əliyev isə daha yaxşı təsir bağışladı. Onun hücumdakı fəallığı çox faydalı idi. Bütövlükdə yığmanın normal təsir bağışladığını düşünürəm. Bizim bu xal itkisini unutdurmaq imkanımız olacaq".
