10 sentyabr 2014 01:15
Georgi Nikolov: Azərbaycan yığması yaxşı oynamadı
"İnter"in prezidenti Georgi Nikolov Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirilmiş oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, yığmamızın Bakıdakı 1:2 hesablı məğlubiyyəti ilə bağlı bunları söyləyib:
"Təəssüf ki, Azərbaycan yığması yaxşı oynamadı. Mən Bolqarıstana azarkeşlik edirdim. Bundan sonra isə Azərbaycan yığmasına azarkeşlik edəcəm. Fikrimcə, bolqarlar layiqli qələbə qazandılar".
