10 sentyabr 2014 01:05
Stanislav Manolev: Rəqibdən daha yaxşı oynadıq
Futbol üzrə Bolqarıstan yığmasının futbolçusu Stanislav Manolev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, Bakıdakı 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Biz bu oyunda rəqibdən daha yaxşı çıxış etdik. Düzdü, bir qədər gərginlik hiss olunurdu. Amma bu üç xalı əldə etmək bizim üçün çox vacib idi. Çünki qarşıda bizi daha güclü rəqiblərlə oyunlar gözləyir".
