10 sentyabr 2014 00:55
Yordan Leçkov: Azərbaycana daha çox qol vura bilərdik
Futbol üzrə Bolqarıstan yığmasının futbolçusu Yordan Leçkov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, Bakıdakı 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Bu gün daha böyük hesabla qalib gələ bilərdik. Üç-dörd qol vurmağımız mümkün idi. Fikrimcə, komandamız bundan da yaxşı oynaya bilər. Şadam ki, Bakıdan qələbə ilə qayıdırıq".
