Stoyanov: Şadam ki, Bakıda qələbə qazandıq və Xəzər Lənkərana keçidim alınmadı
Futbol üzrə Bolqarıstan yığmasının qapıçısı Vladislav Stoyanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, Bakıdakı 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Bu qələbə ilə göstərdik ki, Azərbaycan yığmasından daha güclüyük və qrupda üçüncü yeri tutmağa daha çox şansımız var. Hələ qazonun vəziyyəti bizim daha yaxşı oynamağımıza mane oldu. Bütövlükdə, seçmə mərhələyə uğurla başladığımız üçün şadam".
Stoyanov "Xəzər Lənkəran"a transferinin alınmamasından da danışıb: "Menecerim onlarla danışıq aparırdı. Amma heç nə çıxmadı. Hər halda bu keçidimin alınmamasına görə şadam. Çünki hazırda çıxış etdiyim "Ludoqorets" UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı".
