9 sentyabr 2014 00:30
Qarabağın futbolçusu viza probleminə görə Portuqaliyaya buraxılmadı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün AÇ-2015-in seçmə mərhələsi çərçivəsində sonuncu matçına çıxacaq. Azerisport.az xəbər verir ki, millimiz səfərdə Portuqaliyanın qonağı olacaq.
Komandamız səfərə tam heyətlə yollana bilməyib. Belə ki, "Qarabağ"ın hücumçusu Namiq Ələsgərov Portuqaliyaya aparılmayıb. Bu barədə futbolçunun özü saytımıza açıqlamasında bildirib:
"Mənim vizam bir aylıq idi. Amma mənim bundan xəbərim olmayıb. Yalnız aeroportda xəbər tutdum ki, vəziyyət nə yerdədi".
