9 sentyabr 2014 12:30
Azərbaycan 38 950 000 avroya qarşı
Bolqarıstan mətbuatı Azərbaycan yığmasının üzvlərinin dəyərini hesablayıb. Azerisport.az xəbər verir ki, komandamızın ümumi dəyəri 7 180 000 avro təşkil edib.
Halbuki, bolqarların təkcə bir futbolçusu - kapitan İvelin Popovun qiyməti 8 000 000 avro təşkil edir.
Yığmamızın ən bahalı futbolçusu Cihan Özkaradı - 900 000 avro.
Bolqarıstan yığmasının ümumi dəyəri isə 38 950 000 avrodu.
