9 sentyabr 2014 11:40
Qarabağın rəqibindən uğursuz sınaq
Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Ukrayna "Dnepr"i yoxlama matçı keçirib. Azerisport.az xəbər verir ki, milli komandaların AÇ-2016-nın seçmə mərhələsi oyunları ilə əlaqədar çempionatda yaranan fasilədən istifadə edən "ağ-göylər" Zaporojye "Metallurq"u ilə gücünü sınayıb.
Qarşılaşma "Dnepr"in 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, F qrupunda yer alan son Azərbaycan çempionu "Qarabağ" "İnter" (İtaliya), "Dnepr" (Ukrayna) və "Sent-Etyenn"lə (Fransa) qarşılaşacaq.
