9 sentyabr 2014 00:00
Slavçev: Azərbaycan güclü rəqibdi
Futbol üzrə Boqlarıstan yığmasının yarımmüdafiəçisi Simeon Slavçev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Avropada zəif komanda yoxdu. Azərbaycan güclü rəqibdi. Amma biz onlara qarşı böyük istəklə oynayacağıq. Fikrimcə, rəqiblərimizlə mübarizədən qalib ayrılıb, Fransaya vəsiqə qazana bilərik".
