9 sentyabr 2014 23:45
Lyuboslav Penev: Rəqibin oyununu yaxşı analiz etmişdim
Mətbuat konfransına azərbaycanlı jurnalistlərin alqışları ilə daxil olan Bolqarıstan millisinin baş məşqçisi Lyuboslav Penev onlara təşəkkür etdikdən sonra oyunla bağlı sualları cavablandırıb. Azerisport.az sizi həmin fikirlərlə tanış edir:
"Alqışlarınıza görə təşəkkürümü bildirirəm. Bolqarıstanda baş məşqçi minimum hansı nəticəni göstərməlidi ki, istefaya göndərilsin? Təəssüf ki, bu mənim müzakirə edəcəyim mövzu deyil".
"Azərbaycanın oyununu yaxşı analiz etmişdim. Rəqib qarşısında yaxşı şanslar qazandıq. Bundan da istifadə etdik. Rəqibin bütün oyunlarına baxmışdım. Azərbaycanın zəif tərəflərini öz futbolçularıma demişdim. Buna görə də bir həftədi ki, təlim-məşq toplanışı keçirirdik".
