9 sentyabr 2014 23:30

Berti Foqts: Gücümüz çatmadı

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, Bakıdakı 1:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

- Rəqib bizi buraxdığımız iki səhvə görə cəzalandırdı. Birinci hissədə öz oyunumuzu göstərə bilmədik. Amma sonradan daha yaxşı oynamağa başladıq. Hətta qol da vurduq. 70 dəqiqə bərabər səviyyəli mübarizə getdi. Lakin sonradan irəli getməyə gücümüz çatmadı.

- Bu nəticə ədalətlidi?
- Müdafiədə çətinliklərimiz vardı. Elnur Allahverdiyevin oyun təcrübəsi olmadığından dəvət olunmamışdı. Digər oyunçularımızda da məhz təcrübə çatmadı.

- Sizi yığmaya dəvət ediblər ki, komanda 70 dəqiqə oynasın, ya 90 dəqiqə?
- Mənim komandanı hazırlamaq üçün yalnız 10 günüm oldu. Bu da fiziki hazırlığı yaxşlaşdırmağıma bəs edə bilməzdi. Bizim klublardakı kimi üstünlüyümüz yoxdu.

- Hesab bərabər olanda siz meydana müdafiəçi, rəqib hücumçu buraxdı. Məgər heç-heçəyə oynayırdıq?
- Bəzi oyunçular fiziki cəhətdən çatdırmırdı. Amma biz buna görə uduzmadıq.

- Bu oyunla qrupda 3-cü yeri tutmaq olar?
- Bundan sonra təbii ki, çətin olacaq. Ən azından heç-heçəyə ümid edirdim. Çalışacağıq ki, növbəti oyunlarda daha yaxşı oynayaq.

- Siz hələ də bundan sonra hər şeyin yaxşı olacağına ümid edirsiz?
- Mən əlimdə olan materialdan istifadə etməyə məcburam. İşimiz çoxdu və çalışacağıq. Gənc futbolçularımıza inanıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.