9 sentyabr 2014 19:00
Şahruddin Məhəmmədəliyev: Portuqaliyada möcüzə etməyə çalışacağıq
Azərbaycanın U-21 yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev AÇ-2015-in seçmə mərhələsi çərçivəsində bu gün qarşılaşacaqları Portuqaliya ilə səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyuna yaxşı hazırlaşmışıq. Səbrsizliklə oyunun başlamasını gözləyirik. Rəqibdən çəkinmirik. Meydana vahid bir komanda halında çıxacağıq, sonadək vuruşacağıq. Portuqaliyaya da qarşı İsraillə oyundakı kimi mübarizə aparmaq istəyirik. Onda bizdə hər şey alınacaq. İsrail üzərindəki qələbə bizdə özünəinamı artırıb. Baxmayaraq ki, portuqallar güclüdülər. Bunu hamı çox yaxşı başa düşür. Çətin olsa da, kiçik bir möcüzəyə imza atmağa çalışacağıq".
