9 sentyabr 2014 16:35
Reynaldo millimizdə İtaliya və Xorvatiya ilə oyunlarda meydana çıxa biləcək
"Qarabağ"ın lideri Reynaldo Azərbaycan yığmasında çıxış edəcək. Azerisport.az xəbər verir ki, bu günlərdə onun AFFA-nın baş katibi Elxan Məmmədovla görüşü baş tutub.
Görüşdə 25 yaşlı futbolçu yığmamızda oynamaq haqda təklifi qəbul edib. Bu üzdən də tezliklə Reynaldonun milliləşdirilməsi üçün konkret addımlar atılmağa başlayacaq.
Əgər FİFA AFFA-nın bu istəyinə rəsmən razılıq versə, braziliyalı futbolçu AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya və Xorvatiyaya qarşı növbəti oyunlarda iştirak edə biləcək.
