9 sentyabr 2014 16:20
Tuyqun Nadirov: Qərardan ən çox bizim klub və azarkeşlərimiz əziyyət çəkəcək
"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov AFFA-nın "Neftçi" ilə qarşıdakı oyunda qonaq azarkeşlərin iştirakına qoyulan qadağasını qüvvədə saxlamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bütün daxili turnirlər AFFA-nın bayrağı altında keçirilir və bizim bu qərarla barışmaqdan başqa əlacımız yoxdu. Amma bu qərardan ən çox bizim klub və azarkeşlərimiz əziyyət çəkəcək. Çünki bu oyunlarda bizim azarkeşlər hətta səfər görüşlərinə də çoxlu sayda təşrif buyururlar. Ümid edirdik ki, bu mövsüm həmin qərar ləğv olunar. Amma görünür, hələ bunun vaxtı çatmadığını düşünürlər".
