9 sentyabr 2014 15:50
Bolqarlar Bakcel Arenanın qazonundan narazıdı
Bu gün AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası evdə Bolqarıstanı qəbul edəcək. Azerisport.az xəbər verir ki, "Bakcell Arena"da baş tutacaq oyun üçün rəqib çox narahatdı.
Belə ki, bolqarlar meydançanın ot örtüyünün bərbad vəziyyətdə olmasını faciəyə çeviriblər. Bolqarıstan mətbuatı da bu məsələni geniş şəkildə işıqlandırıb. Onlar qeyd edirlər ki, baş məşqçi Lyuboslav Penev meydana daxil olanda əsəbindən yerində dura bilmirdi və tez-tez meydanın pis vəziyyətdə olmasından şikayətlənirdi.
