9 sentyabr 2014 15:20
Subaşiç: Reynaldonun milli komandaya çağırılması düzgün qərardı
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç "Qarabağ"ın futbolçusu Reynaldonun millimizdə çıxış etmək istəyindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənə elə gəlir ki, bu, düzgün qərardı. Azərbaycan yığmasında oynamaq istənilən legioner üçün şərəfdi. Əminəm ki, o, komandaya kömək edəcək. Amma bu, ona asan başa gəlməyəcək. Hamı başa düşməlidi ki, futbol komanda oyunudu. Bir nəfər heç nəyi həll etmir".
