9 sentyabr 2014 15:00

“Məqsəd peşəkar komanda formalaşdırmaqdı"

Yeni yaradılmış “Zirə” klubu 1-ci divizionda ilk oyununu keçirdi. Azerisport.az xəbər verir ki, Zirə Olimpiya Kompleksinin stadionunda MOİK-ə qarşı keçirilən oyunda meydança sahibləri 1:0 hesablı qələbə qazandılar.

Ajiotaj fərqli idi

“Zirə”nin ilk oyunu olduğu üçün bu qarşılaşmaya maraq və yanaşma fərqli idi. Təsadüfi deyil ki, oyunu izləyənlər arasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də vardı. R.Musayev “Zirə” klubunu təsis edənlərə hörmət əlaməti olaraq, bu qarşılaşmanı izlədiyini bildirdi. Zirə Olimpiya Kompleksinin bir tribunalı stadionunda azarkeşlər də vardı. Fan-klubla yanaşı, komandanı yaşlı nəslin nümayəndələri də dəstəkləyirdi. Heyətində elita təcrübəsinə malik olan futbolçular yer alan “Zirə” məhz azarkeşlərin dəstəyi nəticəsində MOİK klubunu 1:0 hesabı ilə məğlub etməyi bacardı.

Ramin Musayev: “Gələcəyə hesablanmış addımlar atılıb”

Qarşılaşmanı izləyən PFL prezidenti Ramin Musayev oyun haqqında, eləcə də “Zirə” komandası ilə bağlı düşüncələrini jurnalistlərlə bölüşüb: “Hər iki komandanın ifasında gözəl oyun izlədik. Oyun çox xoşuma gəldi. “Zirə” komandası iki ay ərzində formalaşdı. Sevindirici haldır ki, heyətdə yerli oyunçularımız üstünlük təşkil edir. Azərbaycan futbolu adına nə gözləyiriksə, elə bu futbolçulardan gözləyirik. “Zirə” komandasını yaradan, onlara dəstək olanlara hörmət kimi bu gün oyuna baxmağa gəldim”.

Ramin Musayev 1-ci divizionda tətbiq olunan limitlə bağlı da mövqeyini ortaya qoyub: “Bu gün klublar üçün çətin ola bilər, lakin bunların bəhrəsini gələcəkdə görəcəyik. Unutmayaq ki, qarşıda bizi 2016-2020-ci illər gözləyir. İndi bu limit olmasa bəs gələcək yarışlarda biz kimləri görəcəyik? Futbolumuzda gələcəyə hesablanmış addımlar atılıb”.

“Zirə”nin prezidenti: “Biz peşəkar bir komanda formalaşdırmaq istəyirik”

Peşəkar Futbol Liqasının rəsmi saytına açıqlama verən “Zirə” klubunun prezidenti Vüqar Astanov gələcək planlarla bağlı danışıb:

“Planlarımız böyükdü, ona görə də böyük işlər görməliyik. Əsas məqsədimiz peşəkar klub yaratmaqdı. Bunun üçün biz komandanı yüksək şəraitlə təmin etməliyik. Lazım gəlsə, birinci divizionda bir yox, bir neçə mövsüm oynayarıq. Heyətə icarə əsasında oyunçular cəlb etmişik. Amma çox sayda oyunçu ilə müqavilə imzalamışıq. Hazırda bizim aşağı yaş qrupları üzrə komandalarımız yoxdu. Çünki, ilk məqsədimiz 1-ci diviziondakı komandamızı yaxşı vəziyyətə gətirməkdi. Bundan sonra aşağı yaş qrupları üzrə komandalar da təsis edəcəyik. Bütün yaş qrupları üzrə kollektivlər qurmağı düşünürük”.

V. Astanov Zirə camaatının stadiona cəlb olunması üçün müəyyən işlər həyata keçirdiklərini də deyib:

“Bütün işləri 2 ay ərzində həyata keçirmişik. Azarkeşlər stadiona öz istəkləri ilə gəliblər. 1300 nəfərlik tribunamız var, bu gün təxminən 700-800 azarkeşimiz oyuna gəlib. Bunu bir ənənə halına gətirəcəyik. Komandanın 5 sponsoru var, büdcəmiz daimi işləməyə, I Divizionda normal komanda saxlamağa imkan verir. Gələcək planlar isə nəticəyə görə dəyişə bilər. Əgər biz yarışı birinci pillədə tamamlasaq, o zaman  sponsorlarla qərar verib, Premyer Liqada fərqli məqsədlər uğrunda yarışacağıq. Əks halda, Divizionda mübarizəmizi davam etdirib, peşəkarlaşmağa çalışacağıq”.

Bəhram Şahquliyev: “Zirəliləri təbrik edirəm” 

“Zirə” klubunun baş məşqçisi Bəhram Şahquliyev Peşəkar Futbol Liqasının rəsmi saytına açıqlamasında ilk oyunu və qazanılan qələbəni belə şərh edib:

“İlk oyun olmasına baxmayaraq, komandamız yaxşı futbol göstərdi. Oyuna çoxlu azarkeş təşrif buyurmuşdu. Ümid edirəm ki, bundan sonra oyunlara daha çox azarkeş gələcək. İlk hissədə komandada həyəcan var idi. Oyunumuzda müəyyən problemlər mövcuddur, hələ ki, yeni yığılmış komandayıq. Amma irəlidəki oyunlarda bu problemləri də həll etməyə çalışacağıq”.

Aslan Hüseynov: “Biz hər bir komandaya qarşı mübarizə aparacağıq”

“Zirə”yə ilk oyunda qələbə gətirən qolun müəllifi olan Aslan Hüseynov isə əməkdaşımızla söhbətində belə danışıb:

“İlk oyunda qələbə qazandıq. Qələbə qolunu mən vursam da, bu elə də vacib deyil. Daha çox qol vura bilərdik. Amma ilk oyunun həyəcanı fərqli olur. Bəlkə buna görə şanslardan tam yararlana bilmədik. Buna baxmayaraq, ilk oyunda qələbə qazanmaq xoşdu”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.