9 sentyabr 2014 14:10
Melvin Platye: Neftçidə məni hər şey qane etsə də...
"Neftçi"nin sabiq hücumçusu Melvin Platye Hollandiya "Venlo"suna keçidindən danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Şadam ki, yenidən vətənə qayıtmışam. "Neftçi"də məni hər şey qane edirdi. Amma mən orada heç cür özümü göstərə bilmədim. İsveçdə də işlərim yaxşı getmədi. Fikrimcə, Hollandiyaya qayıtmaqla ən doğru addımı atdım. Burada əvvəlki formamı bərpa edə biləcəm".
