9 sentyabr 2014 14:20
AFFA Şəmkirə də texniki məğlubiyyət verdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan 1-ci divizionunun “Şəmkir” – “Turan-T” matçında “Şəmkir” klubu limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalıb. Vurulmuş qollar ləğv edilib.
Xatırladaq ki, İK bu mövsüm Premyer Liqada da "Qarabağ"a oxşar cəza vermişdi.
