9 sentyabr 2014 13:10
Elnur Allahverdiyev bu gün yeni kluba keçəcək
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyev bu gün "Qəbələ" ilə yollarını ayırıb, başqa kluba keçə bilər. Azerisport.az saytına açıqlamasında bunu futbolçunun özü bəyan edib:
"Bu gün "Qəbələ"dən transfer vərəqəmi almalıyam. Yeni iş yerim də bu gün müəyyənləşəcək. Hələlik, hansı komandaya keçəcəyimi deyə bilmərəm".
